Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sosial medianın inkişafı” mövzusunda regional seminar keçiriləcək


Birləşmiş Millətlər Təşkilatının İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün Asiya və Sakit Okean hövzəsi üzrə Treninq Mərkəzi (UN-APCİCT/ESCAP) tərəfindən regional seminar keçiriləcək.
 
Regional tədbir cari ilin 30 iyun-2 iyul tarixlərində Cənubi Koreya Respublikasının İnçeon şəhərində təşkil ediləcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib.
 
Şöbədən bildirilib ki, “Sosial medianın inkişafı” mövzusuna həsr olunacaq seminarda bu səpkidə mühazirələr dinləniləcək. Eyni zamanda, son illər dünyada sosial şəbəkələrin populyarlaşması, sosial şəbəkələrdə etik normalar, insan hüquqları, yeni texnologiyalar, sosial medianın gələcəyi, inkişafı, qarşıda duran məqsədlər və sairə mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
 
 
Qeyd edək ki, regional seminarda RYTN-in əməkdaşı da iştirak edəcək.
 
 
SEYMUR




18/06/14    Çap et