Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” e-xidməti “Elektron hökumət” portalına əlavə edilib


Vergilər Nazirliyinin göstərdiyi "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış" adlı elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya edilib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət vergi ödəyiciləri tərəfindən "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.
Xidmətin göstərilməsi nəticəsində sözügedən arayış elektron formada tərtib edilərək elektron qaydada təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.

 
İstifadəçiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almış şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
 
CAHANGİR




18/06/14    Çap et