Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın "Nar Donor" layihəsi "Kann Şiri"ni qazandı


Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkətinin ("Nar Mobile" brendi) "Nar Donor" layihəsi Fransada keçirilən "Cannes Lions Beynəlxalq Reklam Festivalı"nda mükafata layiq görülüb.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, festivalın "Mobil" kateqoriyasında "Nar Mobile" - "Gümüş Şir" (Silver Lion) mükafatına layiq görülüb.
Reklam dünyasının "Oskar"ı mükafatına bərabər sayılan bu festivalda ilk dəfə Azərbaycan layihəsi qalib olub.
 
Aynur Vəliyeva




18/06/14    Çap et