Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet ödəmə portalı vasitəsilə daha bir bankdan onlayn kredit sifarişi mümkün olub
“Hesab.az” internet ödəmə portalına “Yapı Kredi Bank”ın kredit sifarişləri əlavə olunub.
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, müştərilər “Hesab.az”da olan şəxsi kabinetə daxil olaraq, “Bank və Lizinq” bölməsində “Yapı Kredi Bank”dan olan “Worldcard”, ipoteka, avtomobil və fərdi ehtiyac kreditləri sifariş edə bilərlər.
Xatırladaq ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
CAHANGİR
18/06/14 Çap et