Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüterlərə tələbat artacaq?


Planşetlərin fərdi kompüterlərin (FK) satış həcminin göstəricilərinə mənfi təsiri azalır və 2014-cü ilin ikinci yarısında FK bazarında tələbat bərpa olunmalıdır, bir gün əvvəl şirkətin səhmdarları ilə illik görüşdə çıxış etmiş “Asustek Computer” şirkətinin direktorlar şurasının sədri Coni Şi deyib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cənab Şi əmindir ki, istehlakçılar əyləncə üçün planşet, iş üçün isə masaüstü FK və noutbuklar satın alırlar.
 
Emil Hüseynov
 




18/06/14    Çap et