“Google” da Azərbaycana qarşı daha bir təxribat
Beynəlxalq axtarış sistemi olan "Google"-un "Google maps" xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib.
18 iyun 2014-cü il tarixindən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib.
Bu barədə AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib:
"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bildiririk ki, mərkəzimiz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi "Google Maps"-ın xəritəsindən istifadə edir. Beynəlxalq axtarış sistemidə Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir".
Həqiqət İSABALAYEVA