Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”da Azərbaycanın xəritəsini necə dəyişmək olar?


"Google" beynəlxalq axtarış sisteminin "Google maps" xəritəsində Azərbaycanın sərhədlərinin yenidən səhv göstərilməsi heç də bu şirkətin Azərbaycana qarşı təxribatı deyil.

 "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində və "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib.

Bunu, əlbəttə ki, "Google" şirkəti qəsdən etməyib, bunun səbəbi tamamilə ayrı mənbələrdən qaynaqlanır. Belə ki, Azərbaycanın təsdiq edilmiş elektron xəritəsi "Google" şirkətinə təqdim edilmədiyinə görə bizim xəritəmiz axtarış sistemində düzəlişlərə açıq şəkildə yerləşdirilib və bu gün bizim müşahidə etdiyimiz dəyişikliklər, xəritənin səhv şəkildə görünməsində maraqlı olan tərəflərin səylərinin nəticəsidir.
 
Belə ki, xəritəni dəyişmək üçün onun aşağıdakı sağ küncündə "Report a problem" bölməsinə daxil olaraq xəritənin düzgün olmadığını bildirmək, sonra isə "Edit" bölməsinə daxil olaraq düzgün coğrafi adları göstərmək olar.
 
Bunu nə qədər çox internet istifadəçisi etsə, xəritəni o qədər tez şəkildə dəyişmək mümkün olar, çünki açıq xəritələrdə adların dəyişdirilməsi avtomatik şəkildə və səs çoxluğu etibarı ilə baş verir.
 
Bu cür dəyişikliklər "Google" xəritələrində ilk dəfə deyil ki baş verir və Azərbaycan tərəfindən təkidli müraciətlərdən sonra xəritə düzgün şəkildə göstərilib.
 
Bunun qarşısını almaq üçün ictimaiyyət  bu servisə daxil olaraq, daha çox müraciət yazmaqla ərazilərin düzgün şəkildə təqdim edilməsinə nail ola bilər.
 
Aynur Vəliyeva




19/06/14    Çap et