Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vergi ödəyiciləri suallarını “Elektron hökumət” portalı vasitəsilə mütəxəssislərə ünvanlaya bilərlər
“Vergi ödəyiciləri ilə sual-cavab” xidmətinin “Elektron hökumət” portalı üzərindən təqdimatına başlanılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət vergi ödəyicilərinin və ya vətəndaşların vergilərlə bağlı müraciətlərini vergi mütəxəssislərinə ünvanlayaraq qısa müddətdə cavab alma proseslərini əhatə edir.
Xidmətdən yararlanmaq istəyən vergi ödəyicisi və ya vətəndaş xüsusi müraciət formasını doldurur. Müraciət Azərbaycan Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur və nazirliyin səlahiyyətli mütəxəssisi tərəfindən cavablandırılır.
Məlumat üçün bildirək ki, “Sual-cavab” bölməsində mövcud qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir. VÖEN, müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı), vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında, vergi ödəyiciləri üzrə borclar, hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) və vergi ödəyicilərinin razılığı ilə aşkar edilən məlumatlar istisna olmaqla digər məlumatlar kommersiya sirri hesab olunur.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
CAHANGİR
19/06/14 Çap et