Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Suriyada internet böhranına son verildi
Suriyanın ərazisində internetə giriş bərpa edilib. 1 sutkadan artıq idi ki, ölkədəki qarışıqlığa görə 75%-dən çox yerli internet-şəbəkəsinin fəaliyyəti dayandırılmışdı.
Məlumat üçün bildirək ki, ABŞ-ın Dövlət katibi Hillari Klinton internet şəbəkəsinin söndürülməsini sərt tənqid edərək bildirib ki, ABŞ belə təcrübəni "tamamilə dəstəkləmir" və rəsmi Dəməşqin ölkədə vəziyyətin sabitləşməsi üçün atdığı addımdan çox narahatdır.
Lakin Suriyada mobil şəbəkəyə çıxış tam bərpa edilməyib.
Statistik məlumatlara əsasən, ölkədəki 40 əsas şəbəkədən 7-si şənbə günü saat 22:00-dan yenidən işləməyə başlayıb. Sonrakı bir neçə saat ərzində daha bir neçə iri Suriya internet-şlüzlərinin iş rejimi bərpa edilib.
Cümə günü təxminən 6:35-də Suriyanın 59 əsas internet-şəbəkəsindən 40-ı eyni zamanda “marşrut” cədvəllərindən çıxarılıb. Yalnız Suriya rəsmi dairələri və prezident administrasiyasına aid olan şəbəkələr işlək olublar.
06/06/11 Çap et