Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyükölçülü displey bazarında yenidən artım müşahidə olunub


2014-cü ilin mayında böyük formatlı maye kristal panellərin tədarükü aprellə müqayisədə 6,3% artaraq 69,41 milyon olub. Tayvanın “TrendForce” analitik firmasının “WitsView” tədqiqat bölməsi tərəfindən böyükölçülü ekran bazarı ilə bağlı tərtib edilmiş aylıq hesabatda bildirilib.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yuxarıda göstərilən göstəricinin 20,81 milyonunu televizorlar üçün maye kristal panellər təşkil edir. Ötən ayla müqayisədə maye kristal panellərin tədarükü 1,5% artıb. İllik hesablama üzrə də artım qeydə alınıb: 2013-cü ilin mayı ilə müqayisədə göstəricilər 2,3% artıb.
 
Analitiklər, həmçinin aydınlaşdırıblar ki, ötən ay istehsalçılar UHD (4K2K) formatlı 1,46 milyon televiziya paneli buraxıblar ki, bu da aprellə müqayisədə 2% yüksəkdir. Bu məhsul növünə tələbatın artması Braziliyada futbol üzrə Dünya çempionatının başlanması və ultrayüksək dəqiqlikli formatda televiziya yayımının sayının artması ilə bağlıdır. Gözlənilir ki, 2014-cü ilin ikinci rübündə UHD TV ekranların tədarük həcmi 4,4 milyona çatacaq və onların bazarda nüfuzetmə səviyyəsi 7% təşkil edəcək.
 
Emil Hüseynov
 




19/06/14    Çap et