Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Free-Form Display” texnologiyası müxtəlif formalı ekranlar hazırlamağa imkan verir


“Sharp” şirkəti yeni “Free-Form Display” texnologiyasını elan edib. Bu texnologiyanın köməyi ilə müxtəlif formalı ekranlar hazırlamaq olar.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yeni həll nəticəsində istehsalçılar müxtəlif dizayn variantına malik qurğular hazırlaya biləcəklər.
 
“Free-Form Display” texnologiyasına əsaslanan ekranlar avtomobil sənayesində, daşınan elektron qurğularda, rəqəmli identifikasiya qurğuları və başqa sahələrdə tətbiq edilə bilər. Artıq tezliklə bu cür ekranların kütləvi istehsalına başlanılacaq.
 
Emil Hüseynov




19/06/14    Çap et