Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Rusiyanın elmlər akademiyaları "bulud hesablamaları" sahəsində əməkdaşlıq edəcəklər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Rusiya Elmlər Akademiyası ilə GRID texnologiyaları və "bulud hesablamaları" texnologiyası sahəsində əməkdaşlıq edəcəklər. Bu barədə institutun direktoru Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar REA-nın Sistem Analizi İnstitutu rəhbərliyinin Bakıya səfəri, səfər çərçivəsində institut ilə əməkdaşlıq haqqında protokolun imzalanması gözlənilir. REA-nın Sistem Analizi İnstitutu Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və informasiya texnologiyaları şöbəsinin tərkibinə daxildir.

REA nümayəndələrinin səfəri avqustun 26-dan sentyabrın 3-dək davam edəcək. İTİ mürəkkəb məsələlərin həlli üçün "bulud hesablamaları" (Cloud computing) texnologiyasından istifadə etməyi planlaşdırır.

İnstitutun bazasında DATA mərkəz yaradılacaq. Mərkəzdən Azərbaycan Elmlər Akademiyasının bütün bölmələri istifadə edəcə biləcəklər. AMEA-nın hər bir strukturu üçün müəyyən yaddaş kütləsi ayrılacaq.

Orada virtual arxiv saxlanılacaq. "Bulud hesablamaları" (Cloud computing) texnologiyasının təşəkkülü üçün aparat-proqram həllərin tədarükçüsü kimi IBM şirkəti çıxış edir.

DATA-mərkəzin məhsuldarlığı 1,5 teraflop, operativ yaddaşın həcmi 650 Qiqabayt, xarici massivin həcmi isə təxminən 40 terabayt təşkil edəcək. Kütlənin böyük həcmi Elmlər Akademiyasının institutlarının məlumat bazasınının arxivləşdirməyə imkan verəcək.

"Bulud hesablamaları" texnologiyası AzScienceNet elmi kompüter şəbəkəsində yerləşəcək. İlin sonunadək AzScienceNet şəbəkəsində identifikasiya bazası işə salınacaq.

Bu, elmi kompütr şəbəkəsinin xidmətlər siyahısını təsnifatlaşdırmağa imkan verəcək. Onlardan istifadə vahid avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcək. Servisdən DATA mərkəz işə düşdükdən sonra istifadə etmək mümkün olacaq.




23/08/11    Çap et