Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən populyar smartfonu hansıdır?
“Handset Country Share Tracker” tədqiqatının nəticələrinə görə, “iPhone 5S” 2014-cü ilin birinci rübündə ən çox satılan smartfon olub. Bu haqda “IDC” şirkətinin saytında yazılıb.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə “iPhone 5S” smartfonunun qlobal bazar payı 9% təşkil edib. Bundan əvvəl “Samsung” smartfonları bu ada layiq görülüb, amma populyar “Galaxy S4” və “Note 3” modellərinin satışı o qədər azalıb ki, “iPhone 4S” smartfonu ikinci yerdə qərarlaşıb.
“Samsung” şirkəti smartfonların tədarük həcminə görə liderliyini qoruyub saxlayıb.
Emil Hüseynov
20/06/14 Çap et