Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA Dilçilik İnstitutu ilə REA Linqvistik Araşdırmalar İnstitutu elmi texnologiya sahəsində mübadilə aparacaqlar


AMEA Dilçilik İnstitutu ilə Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutu arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

Bu məqsədlə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və Rusiya Elmlər Akademiyası Linqvistik Araşdırmalar İnstitutunun direktoru akademik N.N.Kazanski müqavilə imzalayıblar.
 
AMEA-dan verilən məlumata görə, müqavilədə linqvistik araşdırmalar sahəsində birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müştərək işlər, birgə konfrans, seminar, ekspedisiya və digər tədbirlərin təşkili, məlumat və elmi texnologiya sahəsində mübadilə məsələləri öz əksini tapıb. 5 il müddətinə imzalanmış müqavilədə tərəflərin məlumat bazası, kitabxana, arxiv və fondlardan istifadə üçün şəraitin təmin olunması da nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA




20/06/14    Çap et