Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3 il sonra elektron oyunların dövriyyəsi 100 milyard dolları ötəcək


“NewZoo” tədqiqat şirkətinin məlumatına görə, 2017-ci ildə dünya elektron oyun bazarının həcmi artaraq 102,9 milyard dollar təşkil edəcək. 2013-cü ildə bu göstərici 75,5 milyard dollar olub.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə oyun bazarı dövriyyəsinin 51%-i Qərbi Avropa, Okeaniya və ABŞ-ın inkişaf etmiş ölkələri tərəfindən təmin edilib, 2017-ci ildə isə  inkişaf etməkdə olan bazarlar gəliri formalaşdıracaq. Asiya, Şərqi Avropa və Latın Amerikası ölkələri oyun bazarı dövriyyəsinin 57%-ni təmin edəcək.
 
2013-cü ildə kompüter oyunları ən gəlirli olub, oyunlardan əldə olunan gəlirin 40%-i bu kateqoriyanın payına düşüb. Konsol oyunlar gəlirin 31%-ni təmin edib.
 
“NewZoo” tədqiqat şirkəti 2017-ci ildə kompüter oyunlarının bazar payının 40% səviyyədə saxlanılacağını proqnozlaşdırır. Konsol oyunlarının gəlir payı 24%-dək azalacaq, smartfonlar üçün mobil oyunların bazar payı 22%-dək artacaq. 2017-ci ildə planşetlər üçün oyunların payı 12% təşkil edəcək.
 
Emil Hüseynov
 
 




20/06/14    Çap et