Bu il bərk cisimli toplayıcıların satış həcmi 60 faiz artacaq
2013-cü ildə dünyada “NAND flash” yaddaş kartının qiymətinin aşağı düşməsi səbəbindən bərk cisimli toplayıcıların satış həcmi iki dəfə artıb. “Digitimes Research” analitik şirkətinin proqnozlarına görə, cari ilin yekunları üzrə bərk cisimli toplayıcıların satış həcmi daha 60 faiz artacaq.
Şirkət mütəxəssislərinin sözlərinə görə, sərt disklərə (SSD) yüksək tələbat təkcə fləş-yaddaşın ucuzlaşması ilə deyil, həm də daha nazik noutbukların bazara çıxarılması və noutbuklara çevrilən hibrid planşet kompüterlərin populyarlığı ilə əlaqədardır.
Ekspertlər qeyd edirlər ki, 2012-ci ildə ən populyar bərk cisimli toplayıcı tutumu 60 QB olub, ötən il isə qiymətlərin aşağı düşməsi ilə əlaqədar 120 və 240 QB tutumlu modellər də populyarlaşıb. Bunun nəticəsində 2014-cü ildə 240 QB tutumlu “SSD” qurğular üstünlük təşkil edəcək, tutumu iki dəfə artırılan aparatlar bazarda özünə yer tapmağa çalışacaq.
Hazırda bir terabayt tutumlu bərk cisimli toplayıcıların qiyməti 2013-cü ildəki 480/512 tutumlu disklərin qiymətinə bərabərdir. Bu məlumat saxlama qurğuları “TLC” tipli "NAND Flash” mikrosxemlərdən istifadə sayəsində ucuzlaşmaqda davam edir.
Qeyd edək ki, bir müddət əvvəl “SanDisk” şirkəti iri bərk cisimli toplayıcılar tədarükçüsü reytinqinə liderlik etməklə bağlı planlarını açıqlayıb. Ötən il bu şirkət 16 faizlik payla ikinci yeri tutsa da, bir il əvvəl altıncı yerdə olub, - "3DNews
www.3dnews.ru” yazır.