Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vətəndaşlar “Youtube”da bir sıra e-xidmətlərdən istifadə qaydaları ilə tanış ola bilərlər
Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən “Elektron hökumət” quruculuğu sahəsində görülən işlər sürətlə genişlənməkdə davam edir.
Öz növbəsində vətəndaşların elektron xidmətlərdən istifadəsi üzrə təbliğat işləri yüksək səviyyədə aparılır.
Ölkənin dövlət qurumlarının göstərdiyi çoxsaylı elektron xidmətlərin cəmləşdiyi “Elektron hökumət” portalından (www.e-gov.az) əhalinin asanlıqla istifadəsi üçün müxtəlif formalarda maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu işlərin tərkib hissəsi olaraq adıçəkilən portalın “Youtube”da yaradılan videokanalını xüsusilə qeyd etmək lazımdır. Belə ki, sözügedən videokanalda ölkədə aparılan “Elektron hökumət” quruculuğuna dair videomateriallar, elektron xidmətlərdən istifadə üzrə videotəlimatlar peşəkarlıqla hazırlanaraq ictimaiyyətin istifadəsinə verilib. Hazırda kanalda vətəndaşlar üçün faydalı ola bilən 42 videoçarx yerləşdirilib.
Portalın “Youtube” videokanalına bu link (www.youtube.com/elektronhokumet) vasitəsilə daxil olmaq mümkündür.
Qeyd edək ki, “Elektron hökumət” portalının “Facebook” (www.facebook.com/egov.az) və “Twitter” (twitter.com/e_govaz) sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.
CAHANGİR
20/06/14 Çap et