Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” “SnappyTV” şirkətini satın alır
“Twitter” mikrobloqlar şəbəkəsi videoların redaktəsi üçün həllər üzrə ixtisaslaşmış “SnappyTV” startapını satın alır. Şirkətdən bildirilib ki, bu xidmət onların videoreklamlarla işini asanlaşdıracaq.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “SnappyTV” şirkətinin video və canlı yayımların redaktəsi üçün texnologiyaları artıq media şirkətləri tərəfindən geniş istifadə olunur. “SnappyTV”-nin saytına əsasən, şirkətin video, yayımçı və operator istehsalçıları arasında tərəfdaşları çoxdur. Sazişin maliyyə şərtləri açıqlanmır.
Analitiklər bildiriblər ki, videoreklam hazırda internet bazarında ən gəlirli sahələrdən biridir.
Emil Hüseynov
20/06/14 Çap et