Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlk inteqral sxemin prototipi hərraca çıxarılıb
Dünyanın ən böyük “Christie's” hərracında ilk inteqral sxemin prototipini satmaq planlaşdırılır. Qeyd edək ki, ilk inteqral sxem 1958-ci ildə “Texas Instruments” şirkətinin əməkdaşı Cek Kilbi tərəfindən hazırlanıb. O, 2000-ci ildə bu qurğunun hazırlanmasına görə “Nobel” mükafatına layiq görülüb.
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ilk inteqral sxemin prototipi 1958-ci il iyulun 18-dən sentyabrın 12-si aralığında hazırlanıb. Cek Kilbi öz inteqral sxemində germaniumdan istifadə edib, hərçənd ki, sonralar silisiuma üstünlük verilib.
Auksion qarşıdakı həftənin ikinci günü gözlənilir, hərracın gözlənilən qiyməti 1-2 milyon dollar təşkil edir.
Emil Hüseynov
21/06/14 Çap et