Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet provayder ADSL müqaviləsinin müvəqqəti dayandırma qaydalarında dəyişiklik edib


“AzStarNet”  internet provayderi yay mövsümü ilə əlaqədar olaraq ADSL müqaviləsinin müvəqqəti dayandırma qaydalarını dəyişdirib.
 
“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, abunəçilər hər ay üçün cəmi 2 manat ödəməklə interneti müvəqqəti dayandırmaq hüququ əldə edir.
 
Bu da abunəçilərin az məbləğdə ödəniş etməklə şəbəkədən ayrılmamasını təmin edir.
 
Qeyd edək ki, bu gün qabaqcıl şəbəkə operatorlarından və internet provayderlərindən biri olan “AzStarNet” şirkəti  informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmət ərazisi Bakı, Sumqayıt şəhərləri daxil olmaqla Abşeron yarımadasını əhatə edir.
 
CAHANGİR




21/06/14    Çap et