Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Oracle” səhiyyə xidmətlərinə maraq göstərir
“Oracle” korporasiyası “Micros Systems” şirkətini 5 milyard dollara satın almaq haqda razılaşıb.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Micros” şirkəti səhiyyə xidmətlərinin təchizatçıları üçün proqram təminatı satır. İkitərəfli sazişə əsasən, “Oracle” şirkəti “Micros”un hər bir səhminə 67 dollardan çox ödəyəcək.
Analitiklər deyirlər ki, “Micros”un “Oracle” tərəfindən satın alınması sonuncunun pərakəndə ticarət və səhiyyə xidmətlərinə marağının artmasından xəbər verir.
Emil Hüseynov
23/06/14 Çap et