Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “5G” rabitə şəbəkəsi hazırlayan startapı satın alıb


“Google” gözlənilmədən “Alpental Technologies” şirkətini satın alıb. Saziş haqda heç bir əlavə məlumat verilmir. Yalnız o məlumdur ki, şirkət beşinci nəsil simsiz rabitə sahəsində hazırlama ilə məşğul olub.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, layihə ötən il fəaliyyətini dayandırmış “Clearwire” “WiMAX” operatorunun keçmiş əməkdaşları tərəfindən hazırlanıb. "Mən təsdiq edə bilərəm ki, “Alpental” komandasının “Google” şirkətinə qoşulması bizi ruhlandırıb. Heç bir başqa informasiya verə bilmərik" – “Google” nümayəndəsi deyib.
 
Emil Hüseynov




23/06/14    Çap et