Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonda “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu keçiriləcək


İyun ayının 23-də Londonda  “Qlobal İnternet İdarəçilik Forumu”nun Nazirlər toplantısı öz işinə başlayıb.  

Böyük Britaniya mədəniyyət rabitə və kreativ sənaye nazirinin və “Qlobal İnternet İdarəçilik Forumu”nun baş katibinin dəvəti ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu toplantıda iştirak edir. 
 
İyun ayının 24-də nazir Əli Abbasov Böyük Britaniya hökumət rəsmiləri və  bir sıra texnoloji şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək, iyun ayının 25-də isə “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu öz işinə başlayacaq.
 
Forumda 30-dan çox Azərbaycan və Böyük Britaniya şirkətləri iştirak edəcək, qarşılıqlı əlaqələr və  gələcək perspektivlər müzakirə olunacaq. 




23/06/14    Çap et