Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti “Google” üçün yeni “Nexus” planşeti istehsal edəcək


“Android Police”in məlumatına görə, Tayvanın “HTC” şirkəti “Google”un sifarişi üzrə 9 düymlük “Nexus” planşetinin yeni versiyasını istehsal edəcək. Qurğunun bu ilin dördüncü rübündə çıxarılacağı gözlənilir.

“ICTnews" elektron xəbər xidməti bildirir ki, yeni “Nexus” planşeti “Nvidia Tegra K1” prosessorlarının 64 bitlik versiyası ilə işləyəcək. Planşet 2048x1440 təsvir ölçülü 8.9 düymlük ekran, 64 bit “Nvidia Logan” prosessoru, 2 QB əməli yaddaş və 16/32 QB daimi yaddaşla təchiz ediləcək. Həmçinin 8 və 3 meqapiksellik kameralar olacaq.
 
Qeyd edək ki, planşet monolit alüminium korpusda hazırlanmalı və stereodinamiklərlə təchiz edilməlidir. LTE versiyanın çəkisi 427 qr, adi versiyada isə 418 qr təşkil edəcək.
 
“Android Police”in məlumatına əsasən, 16 QB-lıq versiyanın qiyməti 400 dollar, 32 QB-lıq versiyanın isə 500 dollar təşkil edəcək.
 
Emil Hüseynov
 




23/06/14    Çap et