Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tüstü detektoru istehsalı ilə məşğul olan şirkət “bulud” izləmə kamera istehsalçısını satın alıb


Texnoloji termostat və tüstü detektoru istehsalı ilə məşğul olan “Nest” şirkəti “Dropcam” “bulud” izləmə kamera istehsalçısını satın alıb. Sazişin dəyəri 555 milyon dollar təşkil edib.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Dropcam” – izləmə kameraları üzrə ixtisaslaşmış şirkətdir, çəkilmiş videoları “bulud” serverində saxlayır. ABŞ-da bu cür kameranın qiyməti 149 dollara bərabərdir, bundan başqa, istifadəçilər serverin icarəsini ödəməlidirlər. Çəkilmiş video smartfon və planşetlərdən əlçatandır.
 
Emil Hüseynov
 




23/06/14    Çap et