Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Birinci nəsil yeni “iPhone” smartfonu “eBay” internet hərracında 15 min dollara satılır
“eBay” internet hərracında tez-tez nadir əşyalar yerləşdirilir, həmçinin “Apple” şirkətinin müxtəlif məhsullarını tapmaq olar. Qiymət bir neçə yüzdən bir neçə min dollaradək ola bilər. Məsələn, 2013-cü ilin dekabrında birinci nəsil “iPhone” smartfonunun nadir mühəndislik prototipi 1500 dollara satılıb.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, amma bu dəfə birinci nəsil “iPhone” modelindən söhbət gedir, cihazın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, cihaz yenidir və orijinal qablaşdırmadadır.
"Bu şansı əlinizdən qaçırtmayın" – satıcı öz hərracını belə reklam edir və cihaz üçün 15 min dollar ödəmək lazımdır.
Emil Hüseynov
23/06/14 Çap et