Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” və Amerika media nəhəngləri şərhlər üçün “open-source” platforması yaradacaqlar


“The New York Times” və “The Washington Post” kimi iki iri Amerika nəşri məşhur “Firefox” brauzerinin yaradıcısı olan “Mozilla” ilə səylərini birləşdirərək istənilən yerdə istifadəsi mümkün olan yeni “open-source” şərh platforması yaradıblar.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, bir çox KİV-in oxucuları nəşrlərin saytlarındakı materialları o qədər də həvəslə şərh etmirlər. Bunun səbəbləri qeydiyyat sisteminin narahatlığı və müvafiq onlayn meydançalarda məlumatların dərc edilməsi, konstruktiv diskussiyaları provokasiyalı şərhlərlə məhv edən “trolların” yayılmasındadır.
 
Tərtibatçıların sözlərinə əsasən, yeni platforma KİV oxucularının fikirlərinin dərc edilməsi meydançasıdır. Bununla istifadəçilər orada məqalələrə, təsvirlərə və digər media materiallarına müxtəlif istinadlar yerləşdirə bilərlər. Bu arada nəzərdə tutulur ki, oxucular tərəfindən dərc edilən kontent jurnalistlər tərəfindən diskussiyalar üçün və ya yeni məqalələrin əsası kimi istifadə edilə bilər.
Amma bu layihə ilə maraqlananlar səbir etməlidirlər. Çünki layihənin həyata keçirilməsi iki il üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 




23/06/14    Çap et