Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan iki Beynəlxalq İnformasiya Təhlükəsizliyi Təşkilatına üzv olub


Azərbaycan Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) iki kibertəhlükəsizlik ilə mübarizə üzrə beynəlxalq təşkilata üzv olub.
 
ETM-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,  bu, "Trusted Introducer" və "Antifising Working Group" beynəlxalq təşkilatlarıdır.
 
"Elektron Təhlükəsizlik Mərkəzi "Antifishing Working Group" beynəlxalq təşkilatının tədqiqat qrupuna üzv kimi qəbul olunub. Bununla yanaşı, hazırda mərkəz beynəlxalq "CERT" (Computer Emergency Response Team) təşkilatı mərkəzin "CERT" brendinin qeydiyyatına başlayıb. Qeydiyyat proseduru bir ilədək damam edə bilər və bu o deməkdir ki, gələn ilin may ayınadək Elektron Təhlükəsizlik Mərkəzinin "CERT" brendinin qeydiyyatı başa çatacaq",-  deyə mərkəzdən bildiriblər.  
 
Qeyd edək ki, bu beynəlxalq təşkilatlarda üzvlük gələcəkdə Elektron Təhlükəsizlik Mərkəzinə onlarla kompüter insidentləri ilə mübarizə sahəsində təcrübə mübadiləsi, onların maarifləndirmə və məlumatlandırma sahəsində təcrübəsinin Azərbaycanda tətbiqinin  təşkil edilməsinə imkan yaradacaq", - deyə ETM-də bildiriblər.
 
Aynur Vəliyeva




23/06/14    Çap et