Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti ay yeni “iPhone” smartfonunun istehsalına başlanılacaq


“Apple” şirkətinin tədarükçüləri növbəti ay Çində “iPhone 6” smartfonunun kütləvi istehsalına başlayacaq. Bu haqda iyunun 24-də “Bloomberg” agentliyi məlumat yayıb.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, “Reuters” agentliyi  yazır ki, smartfonların istehsalı ilə “Hon Hai Precision Industry” və “Pegatron” şirkətləri məşğul olacaq. Birinci şirkət cihazların 70%-ni, ikincisi isə 30%-ni hazırlayacaq.
 
Bəzi məlumatlara görə, yeni “iPhone” iki ölçüdə təqdim ediləcək: 4.7 və 5.5 düym diaqonallı ekran. “Apple”ın altıncı nəsil smartfonunun  nümayişi üç ay sonra gözlənilir.
 
Emil Hüseynov




24/06/14    Çap et