Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Apple” ilə mübarizə üçün yeni vasitə tapıb


“Motorola Mobility” şirkətinə aid olan 17 min patent arasında 18 sənəd var ki, bunlar “Apple” ilə mübarizə üçün şirkətin yeni sahibi “Google” tərəfindən istifadə edilə bilər.

Patentlərdə yerin təyini, antena konstruksiyaları, elektron poçt mesajlarının ötürülməsi, sensor hərəkətlər və “3G” əlaqəsinin simsiz texnologiyaları ilə bağlı olan müxtəlif mobil texnologiyalar təsvir edilir.

“Google” şirkəti 2011-ci ilin əvvəlində təxminən 1000 patent əldə edib. Tezliklə “Motorola Mobility” şirkətinin 17 min sənəd və 7500 ərizəsi internet nəhəngin portfelini daha da artıracaq .


www.dailycomm.ru




23/08/11    Çap et