Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” domen qeydiyyatı xidmətini işə salıb


“Google” şirkəti domenlərin qeydiyyatı üzrə öz xidmətini işə salıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət nümayəndələri bildiriblər ki, domen qeydiyyatı xidməti hələ ki sınaq mərhələsindədir, müştərilər yalnız domenləri qeydiyyatdan keçirməyəcək, həm də sata biləcək.
 
Qərb analitikləri şərh veriblər ki, “Google” şirkəti dünyanın ən böyük domen və internet hostinq şirkətlərindən biri “GoDaddy”nin yüksək inkişaf mərhələsində öz domen qeydiyyatı sistemini istifadəyə verib.
 
Emil Hüseynov




24/06/14    Çap et