“CERN” Böyük AdronKollayderinin işə salınması üçün hazırlığa başlayıb
Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri fəaliyyəti ötən ilin əvvəlində profilaktik işlərə görə ikiillik müddətə dayandırılan Böyük Adron Kollayderinin (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisinin yenidən işə salınmasına hazırlığa başlayıblar.
"CERN"-in məlumatına görə, ötən həftə sürətləndiricinin sonuncu maqnit birləşməsi bağlanıb və sistemin minus 271 işlək temperatur dərəcəsindəsoyudulmasına başlanılıb. Hazırda sürətləndiricinin dairəvi 27 kilometrliyi yaxınlığında quraşdırılan maqnit sisteminin uzunluğunun 1/8 hissəsinə uyğun hissəsi soyudulub.
Məhz bu maqnitlərin köməyi ilə kollayderin daxilində bir-birinə tərəf dövr edən protonlar təxminən işıq sürətinədək sürətlənir.
İnşasına 10 milyard dollar xərclənən mikrodünyanın tədqiqi üçün dünyanın ən iri aləti hesab edilən BAK-ın2015-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.
Aparılan profilaktik işlərin vəzifəsindən biri BAK maqnitləri arasında yerləşən yüksək buraxılış qabiliyyətinə malik kabel birləşmələrinin effektivliyini 10 min dəfədən çox artırmaqdan ibarət olub. Bu, toqquşma enerjisini 2012-ci illə müqayisədə təxminən iki dəfə artırmağa imkan verərək onun layihədə nəzərdə tutulan enerjisini 14 teraelektronvolta (TeV) çatdıracaq.
Qeyd edək ki, vəzifəsi Hiqqsbozonunun axtarışından ibarət olan Böyük AdronKollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.
Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub, - "İTAR-TASS
www.itar-tass.com" yazır.