Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Diqqət: Məşhur mobil oyunun virusa yoluxdurulmuş 240 klounu var
“McAfee Labs” antivirus şirkətinin tədqiqatçı bölməsi məşhur “Flappy Birds” oyununun bir neçə yüz kloununu aşkar edib. 300 əlavənin yoxlanılması nəticəsində məlum olub ki, onların 80%-i ziyanvericidir.
Bəzi klounlar smartfon sahibinin xəbəri olmadan zənglər edib və SMS-lər göndərib, proqramları aktiv edib və istifadəçinin yerləşdiyi yeri müəyyən ediblər. Qurğuda saxlanılan istənilən şəxsi məlumatlara tam çıxış əldə ediblər.
“McAfee Labs” araşdırmaları smartfonlar üçün ziyanverici proqramların sayının artdığını göstərir. Təkcə 2013-cü ildə onların sayı 2,5 dəfədən çox artıb. Ötən il 2,4 milyon yeni mobil virus ortaya çıxıb.
Ziyanverici proqramların yayıldığı hostinqlərin 67%-dən çoxu Şimali Amerikada, 20%-ə yaxını Avropada və Yaxın Şərqdə, 10%-dən bir az çoxu Cənub-Şərqi Asiyada və Sakit okean regionunda və cəmi 2% Latın Amerikasında yerləşir.
Fişinq saytlarının 55%-i ABŞ-da host olunurlar. Onların 24%-i istifadəçilərdən qeyri-qanuni gəlir əldə etmək məqsədi ilə Hollandiya serverlərində, 7%-i isə Almaniyada yerləşir. Rusiyanın payına bu saytların 3%-i düşür. Spam bir çox hallarda Amerika, Yaponiya və Britaniya serverlərindən paylanır.
“Flappy Bird” — 2013-cü ildə Nquen Donqa adlı vyetnamlı tərəfindən yaradılmış mobil oyundur. Bu oyun böyük populyarlıq əldə edib və 50 milyondan çox yüklənib. Fevralda Donqa servisi “App Store” və “Google Play”dən silib, çünki insanlar bu oyuna aludə olurlar. Bundan sonra əlavələr dükanlarında oyunun çoxsaylı klounları əmələ gəlib.
Aynur Vəliyeva
24/06/14 Çap et