Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 98” əməliyyat sisteminin satışa çıxarılmasından 16 il ötür


1998-ci il iyunun 25-də “Microsoft” şirkətinin “MS-DOS 7.1”-ə əsaslanan yeni əməliyyat sistemi (ƏS) satışa çıxarılıb.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Windows 95” sistemi ilə müqayisədə yeni ƏS-də yeniliklər çox deyildi. “Windows 98” sistemi bir neçə monitorla iş rejimini və sürətləndirilmiş “AGP” qrafik portunu dəstəkləyib. Yeni platformada drayverlər və qrafik interfeys təkmilləşdirilib.
 
1999-cu ilin mayında “Windows 98 Second Edition” buraxılıb. “Internet Explorer 5” və “Windows Media” oxuducusu kimi yeni proqramlar əlçatan olub.
 
“Microsoft” 2004-cü ildə “Windows 98” ƏS-nin dəstəyini dayandırmağı planlaşdırıb, amma platformanın son dərəcə yüksək populyarlığına görə bu məsələ iki il təxirə salınıb.
 
Emil Hüseynov
 




25/06/14    Çap et