Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon alıcılarının 50 faizi böyük ekranlı qurğulara üstünlük verir
23 min insan arasında aparılmış araşdırmaya əsasən, 2014-cü ildə respondentlərin 57 faizi yeni smartfon satın almağı planlaşdırır. “Accenture” konsaltinq şirkətinin hesabatına əsasən, gələcək alıcıların 48 faizi 5-7 düymlük diaqonallı ekrana üstünlük verir. Planşetofon pərəstişkarlarının əksəriyyəti (66 faiz) Hindistanın, az hissəsi isə Yaponiyanın payına (19 faiz) düşür.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, həmçinin Çin (66 faiz), İndoneziya (61 faiz) və Türkiyədən (61 faiz) olan istehlakçıları böyük ekranlı smartfonlar cəlb edir. ABŞ-da bu göstərici 40 faiz, Almaniyada 30 faiz təşkil edir. Analitiklərin fikrincə, planşetofonlara tələbatın artması planşetlərin satış həcminə mənfi təsir göstərir.
Emil Hüseynov
25/06/14 Çap et