Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə İnternet Bələdiyyə Sistemi hazırlanacaq
Azərbaycanda İnternet Bələdiyyə Sistemi hazırlanacaq. Artıq ilin əvvəlindən etibarən bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılmasına başlanılıb. İlkin mərhələ olaraq ölkə ərazisində səkkiz bələdiyyədə - Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verilib.
İndiki mərhələdə layihə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsini nəzərdə tutur. Vergi ödəyiciləri bu şəhadətnamələr vasitəsilə Bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə edə biləcəklər.
Layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, məhkəmə işləri, yoxlamalar və s. kimi fəaliyyətini tam şəkildə avtomatlaşdırılmış şəkildə həyata keçirəcək.
SEYMUR
25/06/14 Çap et