Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” videoreklamla məşğul olacaq
“Opera” şirkəti mobil platformalarda videoreklam sahəsinə yatırım etməyə qərar verib. Norveçlilər “AdColony” startapını satın alıblar, həm də sazişin ümumi məbləği 350 milyon dollar təşkil edə bilər.
"AdColony bizim “Opera Mediaworks” mobil xidmətimiz üçün mükəmməl köməkdir. Bu satınalma mobil reklam sənayesinin ən sürətli inkişaf edən seqmenti olan mobil video sahəsində mövqeyimizi möhkəmləndirəcək" – “Opera Software”nin direktoru Lars Boilsen sazişlə bağlı öz fikrini ifadə edib.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hazırda “Opera”nın məhsulları masaüstü kompüterlərdə populyarlığına görə rəqiblərindən xeyli geri qalır, amma mobil qurğularda yaxşı nəticə göstərir. Şirkətin mobil brauzeri əsasən səhifələrin yüklənməsi prosesini sürətləndirən trafikin sıxılması texnologiyası hesabına müştəriləri özünə cəlb edir.
Emil Hüseynov
25/06/14 Çap et