Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilədək rəqəmli fotokameraların tədarükü 172 milyona çatacaq


“Grand View Research” şirkətinin analitiklərinin proqnozuna görə, 2020-ci ilədək qlobal rəqəmli fotokamera bazarının həcmi 19,77 milyard ABŞ dollarına çatacaq. Mütəxəssislər bazarın inkişafına imkan yaradan amillər sırasında dəyişilə bilən obyektivlərə malik bahalı aparatlara tələbatın artması və istehlakçıların köhnə qurğuları müasir modellərlə dəyişmək istəyini göstərirlər.

Eyni zamanda ekspertlər xəbərdarlıq edirlər ki, daxili fotokameralarla təchiz edilmiş smartfonların populyarlaşması bu sahə iştirakçıları üçün əsas problemlərdən biri olacaq.

 “dailycomm.ru” saytının məlumatına görə, 2020-ci ildə rəqəmli fotoaparatların tədarük həcmi 171,7 milyon səviyyəsində gözlənilir. Hesab edilir ki, tək obyektivli güzgü fotokameralarının (DSLR) populyarlığı azalacaq. “Grand View Research”in qiymətləndirməsinə görə, 2013-2020-ci illərdə bu qurğuların bazar payı orta hesabla ildə 3,8% azalacaq.

E.Hüseynov




25/06/14    Çap et