Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 milyon “Android” istifadəçisi virusa yoluxub
San-Fransiskoda keçirilmiş tədbirdə çıxış etmiş “Google” şirkətində “Android” və “Chrome OS” hazırlaması üzrə direktor Sundar Piçai deyib ki, “Android” platforması istifadəçilərinin 0.5%-nin cihazı ən azı bir dəfə virusa yoluxub.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”un məlumatına görə, aylıq bir milyarddan çox insan “Android” platforması ilə işləyən qurğulardan istifadə edir. Bu o deməkdir ki, 5 milyon aktiv istifadəçi zərərli proqramların “qurban”ı olub. Bu göstəriciyə Çin sakinləri və internet nəhənginin mobil əməliyyat sisteminin modifikasiya edilmiş versiyası ilə işləyən “Kindle” planşetlərinin sahibləri daxil deyil.
“F-Secure”nin məlumatına görə, 2013-cü ildə mobil virus təhdidinin təxminən 97%-i “Android” qurğuların payına düşür, halbuki bir il əvvəl (2011-ci ildə 66,7%, 2010-cu ildə 11,25%) bu göstərici 79% olub.
Sundar Piçai deyib ki, “Google” şirkəti “Android” təhlükəsizlik sistemini altı həftədən bir yeniləməyi planlaşdırır.
Emil Hüseynov
27/06/14 Çap et