Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibertəhlükəsizlik üzrə unikal platforma yaradılıb


“Microsoft” korporasiyası təhdidlər haqqında informasiya mübadiləsi üçün “Microsoft Interflow” platformasının qapalı sınaqlarına başlayıb. Sayt informasiya təhlükəsizliyi sahəsində analitik və tədqiqatçılar üçün nəzərdə tutulub.  
 
“Interflow” məlumat axınını (feed) avtomatik olaraq yeni boşluq və insidentlər haqqında informasiya ilə generasiya edir. “Feed” kompüterlə oxunan standart formatla köçürüldüyündən real vaxtda emal üçün onu kənar sistemlərə ötürmək mümkündür. Platformanın yaradılmasında məqsəd yeni təhdidlərə reaksiya vermək və hazırda əllə yerinə yetirilən proseslərin avtomatlaşdırılması sayəsində mühafizə sisteminin qiymətini aşağı salmaqdır.
 
“Interflow” layihəsi 2008-ci ildə istifadəyə verilmiş köhnə “Microsoft Active Protections” (MAPP) proqramının yenilənmiş versiyası adlandırıla bilər. O vaxtdan “Microsoft” tərəfdaşlarını proqram təminatında boşluqlar haqqında operativ məlumatlarla təmin edir. “Interflow” bunu daha effektiv və avtomatlaşdırılmış üsulla yerinə yetirir. Bundan başqa, bu, iştirakçılarının birliklər yaradacağı və informasiyanı kiminlə bölüşməyi özlərinin müəyyən edəcəyi universal bölüşdürülmüş sistemdir.
 
“Interflow” məlumatların ötürülməsi üçün ümumi qəbul edilmiş açıq spesifikasiyalardan (STIX (Structured Threat Information eXpression), “TAXII” (Trusted Automated eXchange of Indicator Information), “CybOX” (Cyber Observable eXpression) istifadə etdiyindən kompüter insidentlərinin təhlili və ona reaksiyası üçün mövcud alətlərlə uyğunluq təşkil edir.  
 
Gələcəkdə “Interflow”-dan “Microsoft”un "MAPP” üzrə bütün tərəfdaşları istifadə edə biləcək, - “Xaker www.xakep.ru” yazır.




27/06/14    Çap et