Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

USB kabel Avstraliyada qadının həyatına son qoyub


“France-Presse” agentliyinin yaydığı məlumata əsasən, Avstraliyada 28 yaşlı qadını telefondan cərəyan vurub.
 
Filippinli Şeril Enn Aldeqer Avstraliyanın cənub-şərqində Qosford şəhərində yerləşən evində ölü tapılıb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, polis qadının sinəsində və qulaqlarında yanıq aşkar edib. Güman ki,  Şerili telefonla danışıq zamanı cərəyan vurub. Aparat USB kabel vasitəsilə enerjidoldurma qurğusuna qoşulub. Eyni zamanda digər  rozetkadan kompüter enerji toplayıb.
 
Aldeqerin dostları deyiblər ki, o, USB kabeli Sidney şəhərində mobil qurğular bazarından satın alıb, qiyməti 4,95 ABŞ dolları olub.
 
Qadına enerjidoldurma qurğusunu satmış mağaza sahibləri 875 min dollar məbləğində cərimələnə və iki ilədək azadlıqdan məhrum edilə bilər.
 
Bu, Avstraliyada ilk belə hadisədir.
 
Emil Hüseynov




27/06/14    Çap et