Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”dan istinadların “yaddan çıxarma hüququ”na görə silinməsi servisi yaradılıb


Fransa şirkəti “Google” axtarış sistemində özü haqda məlumatı silmək istəyənlər üçün  “Forget.me” servisini yaradıb.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, servis Avropa Məhkəməsinin “yaddan çıxarma hüququ” ilə bağlı qərarına əsasən yaradılıb.
 
Bu qərara əsasən, Avropa İttifaqı  vətəndaşları özləri haqda köhnəlmiş və ya doğru olmayan məlumatları silə bilərlər. Bu tələblə bağlı müraciəti “Google”un müvafiq saytında yerləşdirmək olar.
 
Lakin “Forget.me” saytının yaradıcıları əmin edirlər ki, onların servisi bunu daha tez etməyə imkan verir.
“Google” saytında istifadəçi bu və ya digər məlumatı niyə görə silmək istədiyinin səbəbini bildirməlidir.
 
“Forget.me” servisi artıq  hazır variantlardan birini seçmək imkanını təklif edir. Bunlar arasında, cinayətdə yanlış ittiham və ya şübhə, feyk akkauntların mövcud olması, böhtan, təhqir kimi səbəbləri qeyd etmək olar.
 
 İstifadəçi eyni zamanda “yaddan çıxarma hüququ”ndan  keçmiş ideoloji və siyasi baxışlarını, dini və milli mənsubiyyətini, seksual oriyentasiyasını, xəstəlikləri və gəlirləri haqda məlumatları, əlaqə məlumatlarını gizlətmək istədiyi  halda istifadə edə bilər.
Avropa İttifaqı vətəndaşları onların razılığı olmadan 10 il öncə onların  təsvir edildiyi şəklin və ya videonun silinməsini tələb edə bilərlər. İstifadəçilər eyni zamanda ölmüş qohumları haqda məlumatların, misal üçün, sosial şəbəkələrdə akkauntlarına istinadların silinməsini tələb edə bilərlər. İstifadəçinin silmək istədiyi  istinadlar qeyd edildikdən sonra müraciət “Google” şirkətinə göndəriləcək.
 
Müraciət baxılandan sonra istifadəçi  “Forget.me”dən müraciətin statusu haqda bildiriş alacaq. Qeyd edək ki, xidmət  pulsuzdur, o, “Reputation VIP” şəbəkədə etibar menecmenti ilə məşğul olan fransız şirkətinə aiddir.
 
O, özləri haqda internetdə yerləşdirilmiş məlumatları silmək istəyən müştərilərə pullu xidmətlər göstərir. Avropa İttifaqı “Google” şirkətini bu ilin may ayında “yaddan çıxarma hüququ”na riayət etməyə məcbur edib. “Google” isə  bu qərarı senzura adlandırıb.
 
Aynur Vəliyeva
 




27/06/14    Çap et