Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda elektromobillər üçün ultrasürətli şarj avadanlıqları quraşdırılır


“SOCAR Petroleum” QSC  öz yanacaqdoldurma məntəqələrində   müştərilərə yeni xidmət təklif edir.
 
Cəmiyyətdən verilən məlumata görə, elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobillərin sahibləri öz avtomobillərini Bakı-Aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrimizdə ultrasürətli şarj avadanlıqları vasitəsilə 15-20 dəqiqəyə tam şarj edə biləcəklər.
 
Avadanlıqlar “CHAdeMO”, “COMBO 2”, “AC TYPE mode2” standartlarını dəstəkləyir. Sürətli şarj avadanlıqları eyni anda iki avtomobili şarj edə biləcək ikili texnologiya ilə təmin edilib. Dolum müddətində müştəri şarjın statusu, müxtəlif parametrlər haqqında ətraflı məlumat ala biləcək.  
 
CAHANGİR
 




27/06/14    Çap et