Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hesabat: “Bütün şəbəkə qurğularının yarısı köhnəlib”


"Dimension Data” şirkəti şəbəkə qurğularının təhlükəsizlik səviyyəsinə dair "Network Barometer Report” adlı hesabat təqdim edib. Hesabata əsasən, bütün istifadə olunan şəbəkə qurğularının 51 faizi köhnəlib, 11 faizinin istifadə müddəti ötüb. Bu göstəricilər son altı ildə qeydə alınan ən yüksək nəticələr olub.
 
Həmçinin bildirilir ki, qurğuların 27 faizi köhnəlmə prosesindədir, öz növbəsində istehsalçılar onların texniki dəstək səviyyəsini aşağı salırlar. Köhnəlmiş qurğuların ən aşağı faiz göstəricisi (44 faiz) ABŞ-da qeydə alınıb. "Dimension Data” şirkətinin şəbəkə işlərinin tənzimlənməsi məsələləri üzrə direktoru Raul Tekala deyib ki, son bir neçə ildə köhnəlmiş texnika göstəricisinin artım tendensiyası müşahidə olunur.
 
Müasir olmayan şəbəkə texnikasından istifadə tendensiyasının əsas səbəbləri iqtisadi böhran, qurğuların texniki dəstəyinə maliyyə vəsaitlərinin ayrılması zamanı qənaətin edilməsi, eləcə də informasiya-kommunikasiya texnologiyalarına maddi vəsaitlərin yatırılmasına tələbatın olmamasıdır. “Dimension Data” mütəxəssisləri qeyd edirlər ki, şirkətlər köhnəlmiş şəbəkə avadanlıqlarından maliyyə vəsaitlərinə qənaət etmək məqsədilə istifadə edərək onu şəbəkəyə yeni funksiyaların əlavə edilməsinə ehtiyac yarandıqda yeniləyirlər.
 
Bununla belə, təşkilatlar simsiz şəbəkələr üçün avadanlıqlara investisiya yatırmaqda davam edirlər. Məsələn, bir qiqabayt tutumlu şəbəkə kommutatorlarının sayı 2014-cü ilin əvvəlindən 45 faizədək artıb, 10 qiqabaytlıq şəbəkə kommutatorlarının sayı 11 faizdən 23 faizədək yüksəlib.
 
Qeyd etmək lazımdır ki, 2013-cü ildə "Dimension Data” 91 min təhlükəsizlik insidenti qeydə alıb ki, bunun da 16 faizi köhnəlmiş şəbəkə avadanlığı səbəbindən baş verib, qalan 84 faizi insan faktoru ilə əlaqədar olub, - "SecurityLab www.securitylab.ru” yazır.




28/06/14    Çap et