Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər “internet” vaxtının 50%-dən çox hissəsini mobil tətbiqlərə sərf edir


İstifadəçilərin "iPhone" və “Android” smartfonlarda “Facebook”, “Instagram”, “Pandora” və başqa tətbiqlərdə keçirdikləri vaxt artmağa davam edir. “ComScore” şirkətinin araşdırmasına əsasən, istifadəçilər mayda ilk dəfə mobil qurğulara çox vaxt ayırıblar.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, istifadəçilər internetdə keçirdikləri vaxtın 60%-ni smartfon və planşetlərə sərf edirlər. Bu göstərici 2013-cü illə müqayisədə 50% yüksəkdir. Şirkətin hesabatına əsasən, smartfon sahibləri internet üzərindən radio dinləyir, sosial şəbəkələrdə mesajlaşır və fərdi kompüterlə müqayisədə fotoşəkillərə baxırlar.
 
Mobil proqramların ən populyar tipi onlayn-radiodur  və bu kateqoriyada “Pandora” liderdir. İkinci yerdə “Instagram” və “Flickr” kimi foto tətbiqlər qərarlaşıblar. Xəritə tətbiqləri (məsələn, “Google Maps”) və messencerlər (Facebook Messenger, WhatsApp, Viber) üçüncü olub.
 
Emil Hüseynov




28/06/14    Çap et