“Facebook”da paylaşılan xəbərlər insanın əhval-ruhiyyəsinə necə təsir edir?
"Facebook" şirkətinin alimlər qrupu apardığı son sınaqlar çərçivəsində xəbərlər lentində xəbərlərin oxunmasının istifadəçilərin emosional vəziyyətinə təsir etməsini sübut etməyə çalışıb. Kədərli xəbərlərin oxunmasın insanın əhval-ruhiyyəsini korlaması, şad xəbərlərin isə əhval-ruhiyyəni yüksəltməsi araşdırılma aparılmadan belə hamıya məlumdur. Lakin bunun təsdiqi üçün elmi sübuta ehtiyac olub.
Psixoloji effektin olmasına əmin olmaq üçün Adam Kramerin rəhbərliyi ilə mütəxəssislər qrupu "Facebook" sosial şəbəkəsinin 600 min təsadüfi istifadəçisi arasında sınaq keçirib. Mütəxəssislər onları sınağa bir həftə qalmış məlumatlarının eyni çalarda olmasına əmin olmaqla iki qrupa bölüblər. Sonra daha bir həftə ərzində tədqiqatçılar hər bir istifadəçi üçün xəbərlər lentinin manipulyasiyasını keçiriblər. Bir lent qrupu üçün mətnlərin müsbət hissəsi, digər qrup üçün mənfi hissəsi silinib. Bundan sonra proqram təcrübədə iştirak edənlərin emosional xarakterini müəyyən etməyə başlayıb.
Uğurla başa çatan sınaqdan məlum olub ki, kədərli mətnləri oxuyan birinci qrupdan olan insanlar daha kədərli xəbərlər dərc edirlər. Məsələn, onların mətnlərində müsbət emosional çalara malik sözlərin sayı həftə ərzində 5,26 faizdən 5,13 faizədək azalıb. Eyni zamanda, yaxşı xəbərləri oxuyan insanlarda belə sözlərin sayı 5,24 faizdən 5,29 faizədək artıb, mənfi emosional çalara malik xəbərləri oxuyan insanlarda 1,75 faizdən 1,69 faizədək aşağı düşüb. Yanlışlıq təxminən 0,01 faiz təşkil etdiyinə görə nəticələri düzgün hesab etmək olar. Bu, elm üçün gözəl faktdır.
Sınaq çərçivəsində ümumilikdə 122 milyon sözdən ibarət 3 milyon məlumat təhlil edilib ki, bunun da 4 milyonu müsbət, 1,8 milyonu mənfi emosional çalara malik söz olub.
Sosial şəbəkə istifadəçilərinin hamısı istifadəçi müqaviləsinin şərtlərini imzalayır və buna əsasən şirkət istəyinə uyğun saytın məzmununu, o cümlədən oxşar xəbərləri dəyişmək hüququna malikdir.
Sınağın nəticələri ABŞ Milli Elmlər Akademiyasının "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub, - "Xaker
www.xakep.ru" yazır.