Almaniya hökuməti “Verizon” operatorunun xidmətlərindən imtina edir
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, növbəti ilin sonunadək bütün dövlət müəssisələrinə xidmətləri ABŞ-ın “Verizon” operatorunun əvəzinə yerli "Deutsche Telekom” şirkəti göstərəcək.
Nazirlik nümayəndəsi deyib ki, buna səbəb “Verizon”un ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq etməsi ilə bağlı şübhələrin yaranması deyil. Buna baxmayaraq MTA-nın fəaliyyəti ilə bağlı dərc edilən məlumatlar və agentliyin dövlət rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin telefonlarının dinlənilməsində ittiham edilməsi hökuməti təhlükəsizlik sisteminin yaxşılaşdırılması məsələsinə yenidən baxmağa məcbur edib.
“Verizon Communications” şirkətinin Almaniya bölməsi bir sıra dövlət idarələrinə internet xidmətləri təqdim edir və onların kompüter şəbəkəsinə xidmətlər göstərir. Nazirlik rəsmisinin sözlərinə görə, belə saziş nə ABŞ-ın digər rabitə operatorları, nə də başqa ölkələrin operatorları ilə imzalanıb.
“Verizon” nümayəndələri bəyan ediblər ki, şirkətin Almaniya bölməsi ölkədə qeydiyyatdan keçib və yerli qanunlara uyğun fəaliyyət göstərir. ABŞ hakimiyyəti “Verizon” abunəçilərinin ölkədən kənarda saxlanılan məlumatlarına çıxış imkanı əldə edə bilməz, - "Computerworld
www.osp.ru” yazır.