Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyulun 1-dən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılacaq


İyulun 1-dən etibarən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılacaq. İyulun 15-nə qədər davam edəcək proses təhsil naziri Mikayıl Cabbarovun imzaladığı “Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrə əsasən həyata keçiriləcək.
 
Təhsil Nazirliyindən (TN) qeyd edilib ki, TN sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
 
 Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

 
Həqiqət İSABALAYEVA




30/06/14    Çap et