Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtdakı elektron tullantılar düzgün utilizasiya ediləcək
Azərbaycan paytaxtında yığılan zibillərdən elektron tullantılar ayrılır. Bu kimi təhlükəli tullantılar düzgün utilizasiya məqsədi ilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BMTÇZ) tərəfindən aidiyyəti yerlərə göndərilir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Təmiz Şəhər" ASC-dən bildirilib ki, illik gücü 200 min ton olan Çeşidlənmə Zavodu öz fəaliyyətini qabaqcıl alman texnologiyaları əsasında qurub və bu baxımdan bütün elektron tullantıları lazımi səviyyədə ayırmaq iqtidarına malikdir:
"Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır, enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır. Layihənin başlıca faydaları ondan ibarətdir ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri azaldır. Təbii ehtiyatlara və enerjiyə qənaət edilir. Təkrar emala yararlı və ucuz xammal bazarı formalaşdırılır. Eləcə də təkrar emal sənayesini stimullaşdırır. Tullantı miqdarının azaldılmasına səbəb olur".
SEYMUR
30/06/14 Çap et