Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan ucuz smartfon istehsalı üzrə ixtisaslaşır


Hindistanın “Xolo” şirkəti “Windows Phone 8.1” əməliyyat sistemi ilə işləyən “Win Q900s” adlı yeni ucuz smartfonunu nümayiş etdirib. Aparat iyulun əvvəlində 200 dollara satışa çıxarılacaq.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, iki SİM kart dəstəkləyən “Xolo Win” smartfonu 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” prosessoru ilə işləyir.
Həmçinin 1 Qb əməli yaddaş, 8 QB daxili yaddaş, 8 və 2 meqapiksel təsvir ölçülü kameralar, 1800 milliamper/saat tutumlu akkumulyator mövcuddur. Smartfonun IPS ekranının diaqonalı 4,7 düym təşkil edir və təsvir ölçüsü 1280x720 pikseldir.
 
“Win Q900s” smartfonunun çəkisi 100 qram, ölçüsü 135,8x67,2x7,2 mm təşkil edir.
 
Emil Hüseynov
 
 




30/06/14    Çap et